İnsan orqanizmi  hansı temperatura   tab gətirə bilər?
11 iyul 2022 09:11 (UTC +04:00)

İnsan orqanizmi hansı temperatura tab gətirə bilər?

Amerikalı alimlər insan orqanizminin hansı hərarətə tab gətirə biləcəyini müəyyən ediblər.

Lent.az bildirir ki, bu barədə “ScienseAlert” məlumat yayıb.

“İnsan orqanizmi üçün istiliyin nəzəri yuxarı həddi baxımından, 10 ildən çox əvvəl, insanın 100 faiz rütubətdə 35 dərəcə Selsi, 50 faiz rütubətdə isə 46 dərəcə Selsiyə qədər davam edə biləcəyini bildirən bir araşdırma dərc edilib. Bu, bədənin artıq soyuya bilməyəcəyi və sabit bir temperatur saxlaya bilməyəcəyi həddir. Amma araşdırmalarımız göstərir ki, bu hədd xeyli aşağıdır və bu, dünyada daim artan istilər fonunda narahatlıq doğurur”, - araşdırmanın müəllifləri qeyd ediblər.

Alimlər iddia edirlər ki, bədən həddindən artıq isti olanda ürəyin dərini qanla təmin etmək və istiliyi dağıtmaq üçün daha çox işləməsi lazımdır. İnsan daha çox tərlədikdə bədəndə maye itir.

“Araşdırmamız nəticəsində müəyyən etdik ki, istiliyin yuxarı həddi, yəni insanın az-çox normal dözə biləcəyi temperatur 100 faiz rütubətdə 31 dərəcə Selsi, 60 faiz rütubətdə isə 38 dərəcə Selsi təşkil edir”, - tədqiqatçılar əlavə ediblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar