İsraildə peyvənd olunmamış hamilə qadın eyni vaxtda koronavirus və “fluron” qripinə yoluxub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qadın özünü yaxşı hiss edir.
“Beylinson” Tibb Mərkəzinin ginekologiya şöbəsinin müdiri, professor Arnon Vijnitser bildirib ki, ona eyni vaxtda qrip və koronavirus diaqnozu qoyulub.
Səhiyyə Nazirliyi araşdırma aparır. Mümkündür ki, digər paralel yoluxma halları da var, lakin bu cür diaqnoz qoyulan birinci haldır.