Həkimlər göz rənginin hansı xəstəlikdən xəbər verdiyin  AÇIQLADI
13 iyul 2022 01:16 (UTC +04:00)

Həkimlər göz rənginin hansı xəstəlikdən xəbər verdiyin AÇIQLADI

Həkimlər göz rəngi ilə müəyyən xəstəliklərin inkişafı arasında əlaqəni araşdırıb.

Lent.az URA.RU saytına istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru Tatyana Şilova müsahibə verib.

Belə ki, mütəxəssis qəhvəyi gözlərin sahiblərinin qlaukoma xəstəliyinin inkişafına daha çox meylli olduğunu qeyd edib. 

Onun sözlərinə görə, xəstəlik irsidir, piqmentin yuyulması ilə xarakterizə olunur. 

“Qlaukoma daha çox qəhvəyi gözlü insanların olduğu cənub bölgələri üçün xarakterikdir, çünki melanin ultrabənövşəyi şüaları gecikdirir və qoruyucu bir piqment yaradır”, - deyə oftalmoloq bildirib.

Həkimin sözlərinə görə, şimal enliklərində olan insanlarda gözlər günəşdən o qədər də yaxşı qorunmur. Bu, bədxassəli şişlərin - melanomaların inkişaf riskini artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar