Soyuqdəymə zamanı həkimin yazdığı müvafiq dərmanı istehlak etdikdə zəncəfildən istifadə qətiyyən olmaz.
Lent.az-ın məlumatına görə, bunu “Sputnik” radiosuna müsahibəsində diaetoloq Anjelika Duval deyib.
Mütəxəssis bildirib ki, bir çox insanlar xəstəliyin kəskin dövründə bu bitki ilə çay dəmləyir, çünki onun iltihab əleyhinə və antiviral xüsusiyyətlərə malik olduğuna inanılır:
“Lakin bilmək lazımdır ki, bəzi qızdırmasalıcı dərmanlarla birlikdə zəncəfil qanın laxtalanmasının pozulmasına səbəb ola bilər. Zəncəfil ibuprofen qızdırmasalıcı dərmanlarla birləşdirilə bilməz, bu ümumiyyətlə səhvdir”.