Hansı hamiləliklər riskli hesab edilir? - CAVAB
30 yanvar 2023 13:20 (UTC +04:00)

Hansı hamiləliklər riskli hesab edilir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu hamiləliyin hansı halda riskli qəbul edilməsi ilə bağlıdır.

Hamiləlik qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olur. Bu dövr ərzində risk qruplarının təyini çox vacib amillərdən biridir. 

Maraqlıdır, görəsən, hansı hamiləliklər riskli hesab edilir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova Lent.az-a açıqlamasında bildirib ki, risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir.

Onun sözlərinə görə, nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır:

"Bu risk qruplarının ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir. Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər. Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər. Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir".

# 1710
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Depressiyaya, stressə  qarşı qeyri-adi üsul təklif edildi

Depressiyaya, stressə qarşı qeyri-adi üsul təklif edildi

27 mart 2023 , 19:40
İnsanların nə vaxt  ölümsüzlüyə çatacağı   proqnozlaşdırıldı

İnsanların nə vaxt ölümsüzlüyə çatacağı proqnozlaşdırıldı

27 mart 2023 , 19:34
 Ölümcül xəstəliklərlə   bağlı XƏBƏRDARLIQ

Ölümcül xəstəliklərlə bağlı XƏBƏRDARLIQ

27 mart 2023 , 19:28
Gün ərzində  tox saxlayan   4 əsas qida

Gün ərzində tox saxlayan 4 əsas qida

27 mart 2023 , 18:57
40 yaşdan  sonra necə arıqlamaq olar?

40 yaşdan sonra necə arıqlamaq olar?

27 mart 2023 , 18:08
Yumurtanın  sarısında bu ləkəyə   diqqət edin, yoxsa...

Yumurtanın sarısında bu ləkəyə diqqət edin, yoxsa...

27 mart 2023 , 17:47
13 ton dondurma məhv edildi

13 ton dondurma məhv edildi

27 mart 2023 , 16:57
Koronavirusdan gaha  5 nəfər öldü   - SON STATİSTİKA

Koronavirusdan gaha 5 nəfər öldü - SON STATİSTİKA

27 mart 2023 , 16:35