Günəşlənmənin xeyri və ziyanı – Diqqətli olun!
17 iyun 2021 09:20 (UTC +04:00)

Günəşlənmənin xeyri və ziyanı – Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz.

Xeyri

Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir.

Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar. Günəşli bir gün kimi heç bir şey əhvalımızı yaxşılaşdıra bilməz.

Elm adamları bunun beyindəki pineal hüceyrələr və melatonin hormonlarının səviyyəsi ilə bağlı olduğunu açıqlayıblar.

Gözəl görünürük, solğun da görünmək maraqlıdır. Amma qaralmış bir bədən daha cəzbedici olur.

Ziyanı

Qırışıqlıqlar yaradıq. Günəş bizi hər şeydən tez qocaldır. Dərimiz kollagen və elastik deyilən proteinləridən ibarət olduğu üçün bunlar günəş şüalarından ziyan görür.

Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə bu mənfi təsir özünü göstrəməyə başlar. Bir dəfə ziyan görən dərimiz yumşaqlığını itirir, zəifləyir, kobudlaşır və qırışır.

Dəri xərçəngi. Dərimiz günəş şüalarını nə qədər çox qəbul edərsə, biz özümüzü o qədər çox riskə atmış olarıq.

Dərimiz açıq rəngdədirsə, yanmışıqsa, ya da günəşin altında çox qaldıqsa o zaman bu risk daha da artır.

Günəş yanığı əmələ gəlir. Və şiddətli acı verir. Bu vəziyyət dərinin üst qatları ultrabənövşəyi şüalanmadan (UV) zərər gördüyündə baş verir, damarların şişməsi və maye ifraz etməsinə yol açan kimyəvi maddələrin sərbəst buraxılmasına səbəb olur.

Bu da xüsusilə gənclər üçün ziyandır. Əgər çox gecsə, bir nüvə reaktoru kimi yanırsınızsa losyondan və günəş yanığı kremindən istifadə edin.

Çoxlu su için, ağrıkəsiçi qəbul edin və kölgədə oturun. Dərsinizi alın və gələn səfər özünüzü qoruyacağınızdan əmin olun.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2943
avatar

Oxşar yazılar