Günə enerjili başlamaq üçün  5 QAYDA
03 yanvar 2022 12:32 (UTC +04:00)

Günə enerjili başlamaq üçün 5 QAYDA

Səhər necə oyandığınız gün ərzində sərf etməli olduğunuz enerjinizə təsir edir. Yaxşı bir yuxudan sonra edəcəyiniz bir neçə addımla günə daha pozitiv və canlı başlaya bilərsiniz.

Lent.az axsam.az-a istinadən günə yüksək enerji ilə bağlamağa imkan verən üsulları təqdim edir.

Telefondan uzaq durun

Səhər yuxudan oyanan kimi ilk işiniz telefonu götürüb sosial media hesablarınızı yoxlamaq olduğunu bilirik. Bu vərdişi bir az dəyişdirməyi təklif edirik. Ən azı oyandıqdan sonra yarım saatlıq müddətə də olsa, texnologiyadan uzaq durub özünüzə vaxt ayırın.

Səhər meditasiyası

15 dəqiqəlik səhər meditasiyası ruhunuz təmizləməyə və daha gümrah olmağınıza kifayət edəcək. Bu həm də düşüncələrinizi toplamağa və gün üçün planlarınızı daha səmərəli həyata keçirməyə yardımçı olacaq.

Soyuq duş

Səhər duş qəbul etmək həm yuxusuzluğu aradan qaldıracaq, həm də yenilənməyə, günə daha təravətli başlamağa imkan verəcək. Duş qəbul etdikdən sonra son dəqiqələrinizi soyuq suyun altında keçirməyə çalışın. Bu qan dövranının sürətini, enerjini artıracaq.

Evin havasını dəyişin

Havanın necə olmasından asılı olmayaraq səhər otağın havasını dəyişin. Gecə boyunca evdə yaranan ağır havanı yeniləmək sizə daha xoş təsir bəxş edəcək. Əgər soyuq havalarda bunu etməkdən çəkinirsinizsə, ətirli şam yandıra və ya sevdiyiniz təravətli qoxunu evə yaya bilərsiniz.
Sürətli maska

Gözəl bir gün özünüzü gözəl hiss etməklə başlayır. Dərinizdə hər hansı bir problem hiss edir və ya cildinizin quruluğundan narahatsınızsa, təbii hər hansı maska və ya nəmləndirici vasitəsi ilə bu problemləri aradan qaldırın.

Detoks addımı

Səhər yeməyindən əvvəl vitaminlərlə zəngin içki ilə günə sağlam başlayın. Antioksidant tərkibli detokslar təbii kofeinin təsiri ilə sizin daha tez oyanmağınıza, maddələr mübadiləsinin və hüceyrələrin yenilənməsinə yardımçı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar