Fevral ayında Günəşin fəallığı çox yüksək olmayacaq, bu da havadan asılı olan insanlar üçün sözsüz ki, müsbət amildir.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, buna baxmayaraq, hələ də periyodik geomaqnit dalğalanmalarının patlamaları olacaq. Bəzən kifayət qədər güclü hiss ediləcək.
Beləliklə, ilk maqnit partlayışları fevralın 1-i və 2-də müşahidə ediləcək. Zəif olacaqlarını dərhal qeyd etmək lazımdır. Bu səbəblə onları hiss edə bilməzsiniz.
Növbəti maqnit fırtınası fevralın 7-10-da qeydə alınacaq. Bu fırtına da orta səviyyədə olacaq. Ən zirvə həddi fevralın 9-da qeydə alınacaq. Bəzi insanlar bu müddətdə apatiya, əhval dəyişikliyi, baş ağrısı və ya yuxusuzluqla qarşılaşa bilər.
Daha yaxşı hiss etmək üçün yağlı qidalardan və alkoqollu içkilərdən çəkinin. Daha tez-tez istirahət etməyə və açıq havada olmağa çalışın.
Ən ciddi maqnit fırtınası fevralın 15-16-da baş verəcək. Onun ən təhlükəli anları bir gün çəkəcək. Bu səbəbdən qan damarlarınızla bağlı probleminiz varsa avtomobil ilə səyahət etməkdən çəkinin.
Fevralın 27-28-də meteoroloji insanlara təsir edəcək başqa bir maqnit fırtınası baş verəcək. Bu günlərdə ilk yardım çantasını yanınızda saxlamağınız məsləhətdir.