Edinburq Universitetinin alimlərinin araşdırmasına görə, qidalanmada, xüsusən pəhriz yeməklərində duzdan istifadənin çoxluğu stress hormonlarının artıq ifrazına səbəb olur.
Lent.az xəbər verir ki, araşdırmaların nəticəsi “Cardiovascular Research” jurnalında dərc olunub.
Alimlərin fikrincə, duzdan istifadə beyində zülal istehsal edən genlərin aktivliyini artırır və bu zülalalar orqanizmin stressə reaksiyasına nəzarət edən genlərdə ifraz olunur. Duz ürək-damar, təzyiq, şəkər xəstələri üçün xoşagəlməz proseslərin başlamasına start verir. Gün ərzində 6 qramdan çox duz istifadəsi məsləhət görülmür.
Araşdırmalar müəyyən edib ki. həddindən çox duz narahatlıq və aqressiyanın artmasına səbəb verir.