Dişləri nə zaman fırçalamaq daha doğrudur?
26 sentyabr 2023 13:48 (UTC +04:00)

Dişləri nə zaman fırçalamaq daha doğrudur?

Hər kəsin özünəməxsus səhər vərdişləri var. Kimi yuxudan oyandıqdan dərhal sonra dişlərini fırçalayır, kimi bunu yalnız səhər yeməyindən sonra edir. 

Maraqlıdır, görəsən, dişləri nə zaman fırçalamaq daha doğru olar?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, diş həkimlərinin 78,8%-ə qədəri səhər yeməyindən sonra, 12,2%-i səhər yeməyindən əvvəl, 10%-i isə həm əvvəl, həm də sonra dişlərini fırçalayır.

Həkimlər yeməkdən sonra dişləri fırçalamağı tövsiyə edir. Çünki qida hissəcikləri kariyes bakteriyalar üçün çoxalma zəmininə çevrilə bilər. Diş həkimləri diş çürüməsi riskini azaltmaq üçün dişləri iki dəfə - oyandıqdan sonra və səhər yeməyindən sonra fırçalamağı məsləhət görürlər.

# 2073
avatar

Arzu Qurbanlı

Oxşar yazılar