Dünya əhalisinin 30 faizi dırnaq yeməyə meyllidir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər dırnaq yeməyin bir çox zərərləri olduğunu açıqlayıblar.
1. Dişlərə zərər verir
Dişləriniz dırnaqlarınızdan çox daha sərt olsa da, dırnaqları dişləmək dişlərinizə və hətta diş ətlərinizə qalıcı zərər verə bilər. Bu vərdiş dişlərinizin qırılmasına və çatlamasına səbəb olur.
2. Dərinin zədələnməsinə səbəb olur
Dırnaq yemək həm barmaqlarımızın dərisinə (xüsusilə dırnaq kənarındakı), həm də üzümüzə zərərlidir. Bu vərdiş dodaq kənarlarında dərinin zədələnməsinə də gətirib çıxarır.
3. Üşüməyə daha çox meylli edir
Üzə toxunma ilə əlaqəli hər hansı bir hərəkət xəstəliyin bədənimizə yayılma şansını artırır. Əslində, bir çox insan bunun fərqinə varmadan dırnaqlarını dişləməyə davam edir. Beləliklə, bədəniniz soyuqdəyməyə meylli və infeksiyalara qarşı həssas olur.