DİQQƏT!   Pəhriz saxlayarkən bu qidalardan UZAQ DURUN
14 fevral 2023 16:15 (UTC +04:00)

DİQQƏT! Pəhriz saxlayarkən bu qidalardan UZAQ DURUN

Pəhriz saxlayarkən az kalorili və balanslı qidalara üstünlük verilməlidir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi qidalar həm sağlamlığa zərərlidir, həm də yüksək kalorili olduğu üçün kökəlməyə səbəb olur.

Bu cür qidalar tərkibi çoxlu yağ və şəkər olan qidalardır. Bu qidalar çox istehlak edildikdə bədəndə yağ kimi yığılır. Belə olduqda arıqlamaq da çətinləşir.

Enerji içkiləri

Ləzzətli və "təravətləndirici" enerji içkilərinin tərkibində heç bir qida maddəsi yoxdur. Bu cür içkilərin tərkibi şəkərlə zəngin olur. Bu boş kalorili içkilər qan şəkərinizi yüksəldir. Arıqlamaq istəyirsinizsə, idman edərkən belə enerji içkilərindən istifadə etməyin.

Un məmulatları

Unla hazırlanmış qdiaların istehlakı bədəndə piylənməyə səbəb olur. Beləliklə, siz daha çox kökəlməyə davam edirsiniz.

Kartof qızartması

Kartof qızartması hər kəs tərəfindən sevilir. Ancaq kartof qızartmasının həddindən artıq istehlak edilməsi orqanizmə zərər verir. Kartof qızartmasının bişirmə üsulları son dərəcə zərərlidir.

Kolbasa, sosiska

Kolbasa və sosiska kimi qidalar damarlarda tıxanıqlığa səbəb olan doymuş yağlarla zəngindir. Əgər sağlamlığınızın qeydinə qalmaq və arıqlamaq istəyirsinizsə, bu qidaların istehlakını məhdudlaşdırmalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Arzu Qurbanlı

Oxşar yazılar