Diabet və xərçəngə qarşı şəfalı bir içki AÇIQLANDI
16 fevral 2021 19:31 (UTC +04:00)

Diabet və xərçəngə qarşı şəfalı bir içki AÇIQLANDI

Qəhvənin orta dərəcədə içilməsinin faydaları sübut edilib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yeni araşdırma bu içkinin başqa bir özünəməxsus xüsusiyyətini aşkar edib.

Qəhvə içməyin, hepatositlərdə çox yağ əmələ gəlməsi ilə ifadə olunan yağ qaraciyər xəstəliyinin və tip 2 diabet və xərçəng daxil olmaqla digər təhlükəli xəstəliklərin qarşısını ala biləcəyini ortaya çıxarıb.

Həkimlər içkinin qaraciyər fermentlərinə təsir etdiyini və yağ yığılmasını azaltmağa kömək etdiyini, bədxassəli toxumaların görünüşünə və inkişafına səbəb ola biləcək zəhərli maddələrdən qurtardığını bəyan edirlər.

Qəhvə eyni zamanda orqandakı qoruyucu antioksidanların miqdarını artırır və orqanizmin funksional toxuması birləşdirici toxuma ilə əvəzlənməyə başlayanda qaraciyər fibrozuna qarşı qoruyucu təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Oxşar yazılar