Dəyişkən havalarda necə qidalanmalıyıq? –  MÜTƏXƏSSİS AÇIQLADI
24 fevral 2023 20:00 (UTC +04:00)

Dəyişkən havalarda necə qidalanmalıyıq? – MÜTƏXƏSSİS AÇIQLADI

Son günlər hava şəraitinin tez-tez dəyişməsi müşahidə edilir. Təbii ki, baş verən kəskin hava dəyişiklikləri insan orqanizminə təsirsiz ötüşmür. 

Maraqlıdır, görəsən, dəyişkən havalarda necə qidalanmalıyıq?

Qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, havanın tez-tez, bir gün isti, bir gün isə soyuq olması insan orqanizmində müəyyən dəyişikliklərə yol açır. 

Onun sözlərinə görə, belə havalarda immun sistemi zəif olan insanlar daha tez xəstələnirlər:

“İmmun sisteminin güclü olması üçün ilk növbədə təbii və orqanik məhsullara üstünlük verilməlidir. İnsanlar mövsümündə yetişən və yerli istehsal olan qidalara üstünlük verməlidirlər.

Uşaqlar və yaşlılar xüsusilə risk qrupuna daxildir. Çünki onların immun sistemləri zəif olur. Bu cür insanların səhər yeməyində xama, pendir, kərə yağı kimi məhsulların olması vacibdir. Çünki bu qidalar yaşlı insanlarda sümüklərin əriməsinin qarşısını alır, uşaqlarda isə sümükləri bərkidir. Səhər yeməyində diqqət edəcəyimiz məqamlardan biri də odur ki, həkim məsləhəti ilə hər səhər 2 ədəd yumurta yemək lazımdır”. 

Ağa Salamov onu da qeyd edib ki, həftədə bir dəfə qırmızı ət məhsulları istehlak olunmalıdır:

“Qırmızı ətlə yanaşı, balıq da yemək lazımdır. Çünki balıqda əvəzolunmaz yağ turşuları var. Bununla yanaşı, quzunun qaraciyəri də istehlak olunmalıdır. Çünki qaraciyər D vitamini ilə zəngindir. Xüsusilə mövsümündə yetişən göyərtilər və tərəvəzlərdən yemək lazımdır. Ağ undan, yəni rafinə olunmuş undan, şəkərdən hazırlanan karbohidratlardan uzaq durmaq tövsiyə olunur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Arzu Qurbanlı

Oxşar yazılar