Çoxları 3,2 %  yağlı süd   alır: supermarketdə məhsul seçəndə  bu rəqəmlərə   diqqət yetirin
04 aprel 2024 18:28 (UTC +04:00)

Çoxları 3,2 % yağlı süd alır: supermarketdə məhsul seçəndə bu rəqəmlərə diqqət yetirin

Bir çox insanlar yağlılığı 3,2% olan süd alırlar və hesab edirlər ki, yağ nə qədər çox olarsa, məhsul bir o qədər sağlamdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, südün keyfiyyəti yağ tərkibinin faizindən asılı deyil, lakin bu göstərici məhsulun dadına və xüsusiyyətlərinə təsir göstərir.

Yağ tərkibi nə qədər yüksəkdirsə, qida dəyəri də bir o qədər yüksəkdir. Yağlılığı 3,2% olan 0,5 litr südün tərkibində gündəlik karbohidrat tələbatının 30%-i və kalsiumun gündəlik tələbatı var.

Bu süd bağırsaq mikroflorasına müsbət təsir edir və immunitet sistemini gücləndirir. Ancaq hər kəs tam yağlı süddən faydalanmır. Süd yağlarının udulmasında probleminiz varsa, 1% yağlı süd seçməlisiniz.

Həmçinin, hər hansı bir süd məhsulu seçərkən, saxlama müddətinə diqqət yetirmək son dərəcə vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

Arzu Qurbanlı

Oxşar yazılar