“Covid-19”un insanlara yoluxmasında 4 EHTIMAL
22 fevral 2021 09:20 (UTC +04:00)

“Covid-19”un insanlara yoluxmasında 4 EHTIMAL

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç (Tarık Jasarevic) Çinin Vuhan şəhərinə gedən ÜST heyətinin “Covid-19”un insanlara yoluxmasında 4 ehtimal üzərində dayandığını bildirib.

 Lent.az TRT-yə istinadən bildirir ki, alimlərdən ibarət elmi işçi qrupunun araşdırmalarına əsasən tərtib olunan xülasəni paylaşan Yasareviç deyib: “Virusun insanlara bulaşması ilə bağlı ola biləcək 4 fərziyyə təyin edilib:

Heyvandan (məsələn, yarasa) insanlara birbaşa zoonotik yayılma;
Zoonotik rezervuar heyvanından başqa heyvana, ondan da insanlara bulaşma;
Qida zənciri yoluyla (məsələn, öz təbii mühitlərində viruslu vəhşi heyvanların donmuş ətini yemək vasitəsiylə),
Laboratoriyada meydana gələn bir hadisə nəticəsində."
  Yasareviç alimlər arasında əməkdaşlığın sürdüyünü və elmi işçi qrupunun tam hesabatının gələn həftə ictimaiyyətlə paylaşılacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Oxşar yazılar