COVID-19-un yeni hibrid ştammı  AŞKARLANDI   – “Deltakron”
08 yanvar 2022 20:11 (UTC +04:00)

COVID-19-un yeni hibrid ştammı AŞKARLANDI – “Deltakron”

Kiprdə koronavirus infeksiyasının yeni variantı aşkar edilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, əvvəllər müəyyən edilmiş “delta” və “omicron” ştammlarının hibrididir.

Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasının yeni xəstəlik növünü müəyyən edən alimləri ona “deltakron” adını veriblər.

Bunu əvvəllər Kipr Səhiyyə Nazirliyi yanında Pandemiya ilə Mübarizə üzrə Elmi Məsləhət Şurasına rəhbərlik etmiş laboratoriyanın rəhbəri Leontios Kostrikis deyib.

Onun sözlərinə görə, COVID-19-un “deltakron” ştammı “delta”variantına oxşar genetik əsasa malikdir, lakin onun bir sıra mutasiyaları koronavirusun “omicron” ştammına oxşardır.

"Biz əvvəllər yalnız “omicron” ştammı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapdıq", - Kostrikis deyib.

O, əlavə edib ki, “omicron”un 30 mutasiyası var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə tapılanlara uyğun gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar