Bunu bir həftə edin – İNANILMAZ NƏTİCƏ
25 iyun 2022 09:06 (UTC +04:00)

Bunu bir həftə edin – İNANILMAZ NƏTİCƏ

Dəridə yaşlanmanın qarşısını almaq üçün təbii vasitələrlə ev şəraitində də dəriyə qulluq etmək mümkündür. Təbii üsulla hazırlanmış maskalar üz dərisi üçün həm sağlamlıq baxımından, həm də keyfiyyət baxımından effektli olur. Belə ki, həmin maskaları özünüz hazırlayır və qısa müddət ərzində istifadə edirsiniz.

Lent.az sizə lazım olanların siyahısını təqdim edir:

* Tam yetişmiş yarım ədəd avokado

* 2 xörək qaşığı aloe şirəsi

* 2 xörək qaşığı avokado yağı və ya zeytun yağı.

Yarım ədəd tam yetişmiş avokado çəngəllə əzilir, üzərinə aloe şirəsi və yağlardan biri əlavə edilir. Qarışım üzün dərisinə sürtülür 20 dəqidə saxlanılır sonra yuyulur. Qarışımın qalan hissəsi soyuducuda saxlanılır.

Bu maska üzün dərisini nəmləndirir, dərini təravətləndirir, üzü gənc göstərir. Dəridəki ölü dəri hüceyrələrinin tökülməsində və yeniləri ilə əvəz olunmasında avokado maskasının faydası əvəzolunmazdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar