Qadınlar depressiya və ürək damar xəstəliklərini çox zaman paralel şəkildə yaşayırlar. Bu xəstəliklərin məhz qadınlarda bir-birilə əlaqəsi var.
Lent.az-ın xəbərinə görə, Tümen Tibb Universitetində aparılmış araşdırmalar belə deməyə əsas verib.
Dünya əhalisinin 50 faizi ömründə heç olmasa bir dəfə psixi - əsəb problemi ilə qarşılaşır.
Qadınlarda psixi problemlər metobolik sindrom, xolesterinin səviyyəsinin artması, arterial hipertoniyanın kəskinləşməsi ilə nəticələnir.
“Metobolik sindrom piy və karbohidrat mübadiləsini pozur, bədən çəkisinin sürətlə artmasına səbəb olur, arterial hipertoniya zamanı onun qarşısını dərmanla almaq digər insanlara nisbətən daha çətin olur. Depressiyası olan pasientlərdə yüksək təzyiq, lipid və piylənmənin yüksək səviyyəsi müşahidə olunur. Qadınlardan fərqli olaraq, kişilərdə bu hal müşahidə olunmur. Bu məsələdə gender komponenti özünü göstərir. Bunu kliniki praktikada nəzərə almaq lazımdır”, - deyə professor Aleksey Yefanov bildirib.
Profesorun fikrinə görə, gizli psixoloji problemləri olan xəstələrdə xolesterin və qan təzyiqinin səviyyəsi bir qayda olaraq yüksək olur.