Elm adamları vitamin qəbulu ilə xərçəngin müxtəlif növləri arasında əlaqəni tədqiq edən 3562 elmi məqalənin nəticələri təhlil ediblər.
Lent.az “Frontiers in Nutrition” jurnalına istinadən xəbər verir ki, müəyyən bir vitamin qəbul etməklə, hətta 11 növ xərçəng riskini azaltmaq və ömrü uzatmaq mümkündür.
Təcrübə zamanı alimlər belə qənaətə gəliblər ki, C vitamini döş, endometrium, yemək borusu, mədə, ağciyər, prostat və mədəaltı vəzi daxil olmaqla 11 növ bədxassəli yenitörəmələrin inkişaf riskini azaldır.
Bununla belə, dietoloq Qeyl Mayer qeyd etdi ki, çox vaxt vitamin və mineral əlavələri qidaları qəbul etdiyimiz zaman gözlənilən nəticəni vermir: “C vitamini orqanizmə meyvə və tərəvəzlərdən sovrulur. Bu vitaminin tərkibi faydalı minerallar, lif, antioksidantlar və fitokimyəvi maddələrlə zəngindir”.
Qeyd edək ki, C vitaminini tablet şəklində də qəbul etmək mümkündür.