İngilis həkimləri yeni kəşfə imza atıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, onlar təzyiq dərmanı kimi istifadə olunan dərmanın qocalmanın qarşısını aldığını öyrəniblər.
Belə ki, həkimlərin apardığı araşdırmalara əsasən, “Rilmenidine” adlı dərman heyvanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, həmin dərman yaşlanmanı gecikdirmə xüsusiyyətinə də malikdir.
Həkimlər deyiblər ki, bu dərmanın daha hansı özəlliklərə sahib olduğu barədə üzərində araşdırmalar gedir.