Paketlənmiş halda satışa çıxarılan ətirli çaylardan çox istifadə sağlamlıq üçün çox təhlükəli ola bilər.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu iddianı həkim dietoloq Yelena Solomatina səsləndirib.
“Sintetik yolla hazırlanmış ətirli çaylar allergik reaksiyalar törədə, onkoloji xəsətəliklərin yaranmasına da səbəb ola bilər. Söhbət orqanizmdə yığılıb qalan çöküntülərdən gedir. Bu çöküntülər mutasiyalara səbəb olur, orqanizm sağlam hüceyrələri bərpa edə bilmir. Ətirli çaylar qara ciyər və böyrəklərə də əlavə yükləmə verir. Əgər ətirli çaylardan vaz keçə bilmirsinizsə, o zaman özünüz təbii əlavələr etdiyiniz çay dəmləyin. Məsələn, çaya müxtəlif meyvələrdən atmaqla ətirləndirə bilərsiniz”,- deyə həkim məsləhət verib.