Kokos yağının kalorisi azdır və qızardılmış yeməklərdə bu yağdan istifadə edildikdə o daha az zərərli olur.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, rusiyalı həkim Yuliya Salamatina bu qənaətə gəlib.
Onun sözlərinə görə, kokos yağı qocalmanı ləngidir, orqanizmdə iltihabi proseslərin gedişini zəiflədir:
"Kokos yağındakı yağ turşuları tez doyma hissi yaradır, orqanizm tərəfindən yaxşı mənimsənilir, qocalmaya səbəb olan maddələrin aktivliyini azaldır".