Bel ağrısının  əsas   SƏBƏBLƏRİ
08 yanvar 2024 16:48 (UTC +04:00)

Bel ağrısının əsas SƏBƏBLƏRİ

Terapevt Olqa Çirkova bel ağrısının ən çox görülən səbəblərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, diskomfort onurğa sütununun osteoxondrozu, böyrək və ya sidik yollarının iltihabı nəticəsində beldə ağrı yarana bilər.

Onun sözlərinə görə, onurğa sütunu və ya əzələlərdə yaranan problemlərdən yaranan ağrılar adətən duruş və hərəkət dəyişərkən baş verir:

“Daxili orqanların xəstəlikləri ilə ağrı daimidir, mədə və qasıqda yayıla bilər, həmçinin hərarət, titrəmə və ürəkbulanma ilə müşayiət olunur. Bununla bağlı müayinənin nəticələrinə əsasən dəqiq diaqnoz qoymaq və lazımi müalicə almaq üçün insanlar həkimə müraciət etməlidir”.

# 4884
avatar

Arzu Qurbanlı

Oxşar yazılar