Banan ən əlçatan və faydalı meyvələrdən biri hesab olunur - bu təsadüfi deyil.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, kalium, maqnezium, lif və mürəkkəb karbohidratlarla zəngindir. Lakin bu qədər ideal görünən məhsul belə, düzgün olmayan zamanda və formada qəbul edildikdə zərərli ola bilər.
Dietoloqlar nə deyir?
Dietoloqların fikrincə, bananı gündəlik rasiona daxil etmək faydalıdır, lakin bunu ağılla etmək lazımdır.
Səhər – ağılla yanaşmaq vacibdir
İlk baxışda banan səhər yeməyi üçün ideal görünür. Amma onu acqarına yemək yaxşı fikir deyil. Bunun səbəbi – bananın tərkibində turşular və sadə şəkərlərin çox olmasıdır. Bu isə mədə selikli qişasını qıcıqlandıra, narahatlıq və köp yarada bilər.
Ən yaxşı üsul
Banani zülal və yağlarla birlikdə qəbul etməkdir. Məsələn, onu yulaf əzməsinə və ya qoz-fındıqla birlikdə qatığa, kəsmiyə əlavə etmək, yaxud banan dilimini fıstıq yağı ilə yemək olar. Bu kombinasiya şəkərin sorulmasını ləngidir, daha uzun toxluq hissi və stabil enerji səviyyəsi yaradır.
Axşam – rahatlanmaq üçün vaxtdır
Maraqlı faktdır ki, banan triptofan adlı amin turşusu ehtiva edir. Bu maddə serotonin və melatonin – əhval və yuxu hormonlarının sintezinə kömək edir. Buna görə, yatmazdan bir neçə saat əvvəl banan yemək daha tez və rahat yuxuya getməyə yardım edə bilər.
İpucu
Əgər bananı isti südlə birlikdə qəbul etsəniz, bu sakitləşdirici təsiri daha da artırar.
Həzm sistemi üçün faydası
Banan prebiotiklər, xüsusilə də davamlı nişasta ilə zəngindir. Bu nişasta nazik bağırsaqda həzm olunmur, qalın bağırsağa düşərək oradakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Fermentasiya prosesi nəticəsində bu maddə butirat (masla turşusu) adlı birləşməyə çevrilir və bu da bağırsaq sağlamlığı üçün çox vacibdir.
Faydaları
İltihab proseslərini azaldır
İmmuniteti dəstəkləyir
Mədə-bağırsaq xəstəliklərindən qoruyur (o cümlədən xoralı kolit və qıcıqlanmış bağırsaq sindromu)
Bir neçə faydalı məsləhət
Bananın yetişmə dərəcəsi önəmlidir
Az yetişmiş bananlar daha az şəkər, daha çox davamlı nişasta ehtiva edir – bu da qlükoza və çəki nəzarəti üçün faydalıdır.
Tam yetişmiş bananlar isə daha yumşaq və şirin olur, lakin onların glikemik indeksi yüksəkdir.
İdmançılar üçün
Məşqdən dərhal sonra banan yemək glikogen ehtiyatlarını bərpa edir və əzələ yorğunluğunun qarşısını alır.
Şəkərli diabet xəstələri üçün
Orta yetişkənlikdə olan bananlar seçilməli və onu zülal və ya yağlarla birlikdə qəbul etmək lazımdır ki, glikemik reaksiya azalsın.
Nəticə
Banan – sağlamlığınıza fayda verə biləcək bir meyvədir, lakin onu düzgün vaxtda və uyğun formada yemək şərtilə.