Azərbaycan səhiyyəsində İLK: bu mikroskopla əməliyyat
18 iyul 2022 16:28 (UTC +04:00)

Azərbaycan səhiyyəsində İLK: bu mikroskopla əməliyyat

Azərbaycan səhiyyəsində bir ilkə imza atılıb.

Kliniki Tibbi Mərkəzindən (KTM) Lent.az-a verilən məlumata görə, tibb sahəsində ən müasir texnologiya hesab olunan TİVATO 700 mikroskopu ilə ilk neyrocərrahi əməliyyat keçirilib.

Almaniyanın ZEİSS şirkətinin istehsalı olan bu mikroskop Qafqaz ölkələrində Gürcüstandan sonra ilk dəfə Azərbaycanda Kliniki Tibbi Mərkəzdə istifadəyə verilib. Artıq bundan sonra ölkəmizdə ən mürəkkəb beyin və onurğa əməliyyatları məhz bu Mərkəzdə icra ediləcək. 

Əməliyyatlar zamanı yüksək keyfiyyətli görüntü əldə edə bilən cihaz cərrahi prosesin ən az xəsarətlərlə icra edilməsinə və hədəfin üç min dəfəyə qədər böyüdülməsinə imkan yaradır. Bununla yanaşı,  əməliyyatların gedişatında foto və ya video çəkmək, görüntüləri yaddaşa köçürmək, görüntüləri toplantı salonlarına canlı olaraq ötürmək cihazın unikal göstəriciləridir. 

Məlumat üçün bildirək ki, Kliniki Tibbi Mərkəzdə TİVATO 700 mikroskopu vasitəsi ilə ilk neyrocərrahi əməliyyat uğurla başa çatıb.

Mərkəz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir tibbin ən son texnoloji avadanlıqları ilə təchiz edilir.

# 1914
avatar

Fidan İlqar

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07