Arıqlamaq üçün  səhər yeməyinin   FAYDALARI
26 fevral 2024 19:21 (UTC +04:00)

Arıqlamaq üçün səhər yeməyinin FAYDALARI

Endokrinoloq Zuxra Pavlova səhər yeməyinin faydalarından danışıb. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səhər yeməyi iki səbəbə görə günün ən vacib yeməyi hesab olunur. 

Həkimin sözlərinə görə, səhərlər orqanizm zülalla zəngin qidalara ehtiyac duyur. O, 18-30 yaşlı 30 obez qadınları əhatə edən tədqiqatın nəticələrini misal çəkərək səhər yeməyinin nəinki daha yaxşı doyurduğunu, həm də konsentrasiyanı artırdığını vurğulayıb.

“Qablardakı eyni miqdarda kalori ilə, zülalla zəngin səhər yeməyi sizi daha tez doyurur. Bu, arıqlamaq və formada qalmaq üçün faydalıdır”, - Pavlova bildirib. 

Mütəxəssis onu da qeyd edib ki, yüksək proteinli səhər yeməyinin başqa bir üstünlüyü sizi bir neçə saat tox saxlamasıdır.

Eyni zamanda, o, özünüzü yalnız zülallarla məhdudlaşdırmamağa, tarazlığı qorumağa çağırıb. Bunun üçün yağlar və karbohidratlar da vacibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4938
avatar

Sevinc Fərid

Oxşar yazılar