Arıqlamaq prosesini sürətləndirmək üçün AXŞAM RİTUALI
15 iyun 2024 09:40 (UTC +04:00)

Arıqlamaq prosesini sürətləndirmək üçün AXŞAM RİTUALI

Artıq çəkidən daha tez qurtarmağa kömək edən faydalı bir axşam vərdişi var. Söhbət axşam yeməyindən sonra yerinə yetirilməli olan çox sadə bir hərəkətdən gedir. Bu, maddələr mübadiləsini daha da sürətləndirəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yəni arıqlayan insanlar üçün yüksək təsir göstərəcək.

Yeməkdən sonra nə etməli?

Axşam yeməyindən sonra çarpayıya və ya divana uzanmağa tələsməyin. Daha yaxşısı çölə çıxın. Axşam yeməyindən sonra gəzinti artıq çəkidən daha sürətli qurtulmağın sirridir. Fakt budur ki, belə orta fiziki fəaliyyət maddələr mübadiləsini sürətləndirməyə və həzmi yaxşılaşdırmağa kömək edir.

Bundan əlavə, axşam gəzintilərini sevənlər yuxu problemi ilə daha az qarşılaşırlar. Beləliklə, pəhriz saxlayırsınızsa, sadə bir qaydanı xatırlayın: "Nahardan sonra gəzintiyə çıxmaq lazımdır." Bu tövsiyəyə əməl etsəniz, daha sürətli nəticə əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

Fidan İlqar

Oxşar yazılar