Alkoqollu dondurma  ciddi təxribatdır
29 noyabr 2023 15:00 (UTC +04:00)

Alkoqollu dondurma ciddi təxribatdır

Narkoloq alkoqollu dondurma satışını təxribat adlandırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, narkoloq və psixiatr Vasili Şurov dondurmaya əlavə edilə bilən etil spirtinin nisbətini azaltmaq lazım olduğunu bildirib.

İndi bu cür desertlər uşaqlara məhdudiyyətsiz satılır, bu, onların sağlamlığı üçün çox təhlükəlidir və mahiyyətcə “təxribatdır”.

Narkoloqun sözlərinə görə, alkoqollu dondurma qəbul edən zaman insanda aludəçilik və asılılıq yaranır. Eyni zamanda, yüksək yağ və şəkər tərkibinə görə, dondurma insana alkoqolsuz da təsir göstərə bilər:

"Uşaqların ala bilcəyi qidalara nikotinli konfet, spirtli dondurma və s. kimi məhsulları təxribat kimi qiymətləndirirəm”.

Həkimlər əvvəllər xəbərdarlıq etmişdilər ki, alkoqollu dondurma insanı aludəçiliyin inkişafı ilə təhdid edir, mədə və beyin hüceyrələrinin zədələnməsinə, orqan fəaliyyətinin pozulmasına gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681
avatar

Fidan İlqar

Oxşar yazılar