Ağız qoxusu  ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
02 dekabr 2023 17:18 (UTC +04:00)

Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər

Ağız infeksiyalarına nəzarət edilməsi potensial ürək xəstəliyi riskini azalda bilər.

Lent.az xəbər verir ki, aparılan bir araşdırma ağız sağlamlığına diqqət etməyin ürək sağlamlığına təsir edəcəyini göstərib.

Tədqiqatçılar ağız bakteriyaları ilə ürək xəstəliyi riskinin artması arasında potensial əlaqə aşkar ediblər. Xüsusilə, diş ətinin iltihabına və ağız qoxusuna səbəb olduğu bilinən ümumi ağız bakteriyası “Fusobacterium nucleatum” infarkt ehtimalını artıra bilər.

Bu bakteriyanın ağızda olması ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Bakteriya potensial olaraq arterial divarları və ya lövhələri koloniyalaşdıraraq, ürək-damar riskini artırır.

Tədqiqatda 12 il ərzində təxminən 3500 iştirakçının məlumatları təhlil edilib. Nəticədə “F.nucleatum”a qarşı antikorları olan insanların ürək-damar xəstəliyi riskinin bir qədər artdığını aşkar edib. Koroner ürək xəstəliyinə genetik meyli olanların belə hadisələrlə qarşılaşma şansı daha da yüksək olduğu məlum olub.

# 1470
avatar

Sevinc Fərid

Oxşar yazılar