“The Lancet” elmi jurnalı 200 ölkədə antibiotikə davamlı viruslarla bağlı aparılan tədqiqatın nəticələrini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, tibbi jurnaldakı məqalənin müəllifləri göstərirlər ki, 2020-ci ildə azı 1,2 milyon nəfər antibiotikə davamlı virusların qurbanı olub. Bu vəziyyət kasıb ölkələrdə daha ciddi hal alıb.
Məqalə müəllifləri qeyd edirlər ki, antibiotikə davamlı viruslardan ölənlərin sayı QİÇS və malyariyadan ölənləri üstələyir. Lazımi müalicə vasitələri tapılmasa 2050-ci ilədək bu viruslardan illik ölüm göstəricisi 10 milyon nəfərə çatacaq.