ABŞ-ın Miçiqan ştatından olan Viktoriya Novakovski, ağız gigiyenasına laqeyd yanaşmanın və zərərli məhsulların istifadəsinin ağır nəticələri ilə qarşılaşıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qız "Tiktok" a illərlə dişlərinin necə çökdüyünü göstərən bir video yerləşdirib.
Əvvəlcə Viktoriya, hələ sağlam, göz qamaşdıran bir təbəssüm yaşadığı 2012-ci ilin arxiv fotosunu əlavə edib. Ancaq 2017-ci ildə diş həkimi qızın ciddi problemlər yaşadığını və üst dişlərini çıxarıb protez qoymaq lazım olduğunu xəbərdar edib.
Həkimin sözləri Viktoriyanı qorxudub, amma dişlərini çıxarmaqdan daha da qorxub.
Üç il sonra, 2020-ci ildə vəziyyət kritik bir nöqtəyə çatıb və geri dönüş olmayıb. Qız yenindən həkimin yanına gedib və qar kimi ağ təbəssümünü qaytarmaq üçün üç ay çəkib.
Viktoriya, dişlərini itirdiyinə görə bir neçə səbəbin adını çəkib. On il üst-üstə hər gün qazlı su içdiyini, dörd-beş il əvvəl siqaret çəkməyə başladığını və məktəb günlərindən ağız boşluğunun gigiyenasını unutduğunu etiraf edib.