Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
20 iyul 2021 09:05 (UTC +04:00)

Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Lent.az xəbər verir ki, Mehriban Əliyeva bu barədə "İnstagram"da paylaşım edib.

Paylaşımda deyilir:

“Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN

# 4368
avatar

Oxşar yazılar