Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
26 fevral 2022 12:46 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyeva Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib.

Lent.az xəbər verir ki, Birinci vitse-prezidenti başsağlığı ilə bağlı paylaşımında deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin" - Birinci vitse-prezident bildirib.

# 2421
avatar

Oxşar yazılar