Xamaya  limon suyu   əlavə edin: Görün nə olur
17 aprel 2024 16:22 (UTC +04:00)

Xamaya limon suyu əlavə edin: Görün nə olur

Xamaya limon suyu əlavə etməklə siz dadlı kəsmik pendiri əldə edə bilərsiniz.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bunu hazırlamağın çox sadə üsulu var.

Lazım olan ərzaqlar:

300 qram xama,

150 qram qatıq, 

iki yemək qaşığı limon suyu, 

göyərti, 

sarımsaq və duz.

Xama tam yağlı olmalıdır (yağ faizi nə qədər çox olsa, bir o qədər yaxşıdır), həmçinin qatıqda əlavələr olmamalıdır.

Xama ilə qatıq və limon suyunu qarışdırın, əldə olunan məhsulu bir gecə soyuducuda saxlayın

Səhər pendiri çıxarın, duz, göyərti və sarımsaq əlavə edin.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17406
avatar

Arzu Qurbanlı

Oxşar yazılar