Qara çörəyə rəng qatıldığını belə öyrənmək olar – SADƏ ÜSUL
12 fevral 2024 15:32 (UTC +04:00)

Qara çörəyə rəng qatıldığını belə öyrənmək olar – SADƏ ÜSUL

Arıqlamaq dəb halına düşdüyü son zamanlarda insanlar çoxu qara çörəyə üstünlük verir. Lakin məlum olur ki, marketlərdən aldığımız bir çox çörəklər əslində qara undan hazırlanmır, onlara rəng vurulur. 

Lent.az bu mövzuda mütəxəssislərin və qida ekspertlərinin rəyini sizə təqdim edir. 

Məsələn, qida ekspert İsa Əliyev deyir ki, qidalara rəngləndiricinin müəyyən dozadan artıq vurulması qanuna ziddir: "Qida mühəndisləri hər zaman məhsulların tərkib hissəsində E kodları ilə başlayan maddələrin sayının az olmasına tərəfdardırlar. Çünki onlar kimyəvi maddələrdən hazırlanır, ən başda da rəngləndiricilər gəlir.

Çox yaxşı xatırlayıram ki, vaxtilə hətta çörəyə rəngləndirici olaraq kakao da vururdular. Bunların hamısı yolverilməzdir. Bu dozalar nə qədər yüksək olarsa, insan bədəninə o qədər gec sorulur, insan bədənindən gec sorulduğu üçün xəstəlik əmələ gətirə bilir”.

Bəs qara çörəyin "qara olmadığını” necə bilək?

Ekspert deyir ki, bunu adi gözlə fərqləndirmək mümkün deyil: "Bəzən çörəyi suya salanda rəngi çıxırsa, o deməkdir ki, ona rəng qatıblar. Çörəkdə hər hansı problem aşkarlanarsa, həmin markanı almamaq tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32130
avatar

Sevinc Fərid

Oxşar yazılar