Keçmiş aşpaz Darren MakQreydi kraliça II Yelizavetanın sevimli yeməyinin adını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Darren MakQreydi 1982-1993-cü illərdə II Yelzavetanın şəxsi aşpazı olub. O, etiraf edib ki, kraliça balıq filesi ilə çörək və sonra sobada bişmiş kartof qızartmasını sevir.
Onun sözlərinə görə, kraliça üçün kartofu "Jenga" oyununda olduğu kimi mükəmməl düzbucaqlılara kəsib. Bununla belə, kraliça bir dəfəyə yalnız altı parça yeyirdi.
MakQreydi qeyd edib ki, tartar və ya noxud püresi əvəzinə II Yelizaveta tərxunlu Hollandiya sousuna üstünlük verirdi, lakin onu hazırlamaq çətindir və onu adi Britaniya mağazalarından almaq mümkün deyil.
Balıq və kartof qızartması ənənəvi ingilis yeməyi olaraq da bilinir, o, Fish and Chips kimi də tanınır.
Aşpazın sözlərinə görə, Bukingem sarayının rəsmi menyusunda onun adı fransızca dəyişdirilib və Cabillaud et Pommes Pont Neuf adlandırılıb.
Darren MakQreydi bundan əvvəl kraliçanın itləri üçün hazırladığı yeməklər haqda danışıb.
Keçmiş aşpazın dediyinə görə, Britaniya kraliçasının itlərinə Mişlen ulduzlu restorançılar tərəfindən təlim keçmiş aşpazlar xidmət edirdi.