Dondurulmuş bananları desertlərə və smuzilərə əlavə etmək olar və onlardan dondurma hazırlamaq üçün də istifadə etmək mümkündür.
Lent.az dadlı və sağlam bananlı dondurma reseptini təqdim edir:
Dondurulmuş bananlardan dondurma necə hazırlanır?
Bu dondurmanın hazırlanması çox sadədir və o, çoxlu şəkər və yağ ehtiva edən mağazalarda satılan dondurmadan qat-qat sağlamdır. 4-6 banan götürün, doğrayın, torbaya qoyun və 6 saat dondurucuda saxlayın.
Bu müddətdən sonra bananları bir qarışdırıcıda qaymaqlı kütlə alınana qədər döyün. Yaranan kütləni rahat bir qaba tökün və iki saat dondurucuya qoyun.