Əvvəl belə lobya hazırlamamısınız - DAHA LƏZZƏTLİ OLUR
03 iyul 2024 19:26 (UTC +04:00)

Əvvəl belə lobya hazırlamamısınız - DAHA LƏZZƏTLİ OLUR

Yayın əvəzolunmaz ləzzətlərindən biri də lobyadır. Lobya pomidor sousu ilə birləşəndə ləzzətli olur. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, daha dadlı lobyab bişirmək artıq çox sadədir.

Lazım olan məhsullar

Yarım kq yaşıl lobya 
6 ədəd pomidor 
3 diş sarımsaq 
1 çay stəkanı doğranmış qara zeytun 
3 budaq təzə reyhan 
Qaynar su 
1 çay stəkan zeytun yağı 
Duz və qara bibər 
Qırmızı bibər 
Kəklikotu

Hazırlanma qaydası

Əvvəlcə təmizlənmiş yaşıl lobya duzlu suda 10 dəqiqə qaynadılır. Qaynadıqdan sonra suyu boşaldın. Tavaya zeytun yağı və sarımsağı əlavə edin. Sarımsağı qovurduqdan sonra lobya əlavə edin və qovurmağa davam edin. Sonra doğranmış pomidor və zeytunlarınızı əlavə edin, qarışdırın və 1 çay stəkan qaynar su əlavə edin. Qalan duz və ədviyyatları əlavə etdikdən sonra su buxarlanana qədər zəif odda bişirin.

Yemək demək olar ki, hazır olduqda, doğranmış reyhan əlavə edin, yaxşı qarışdırın və ocağı söndürün. 

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Arzu Qurbanlı

Oxşar yazılar