Onu sancan ilanı iki dəfə dişləyib öldürdü
06 iyul 2024 06:26 (UTC +04:00)

Onu sancan ilanı iki dəfə dişləyib öldürdü

Hindistanın Bihar əyalətində zəhərli ilanın sancdığı dəmiryol işçisi Santoş Lohar onu sancan ilanı iki dəfə dişləyərək öldürüb.

Lent.az xəbər verir ki, hadisə Navada şəhərindəki dəmir yolu layihəsində baş verib.

Dəmiryol işçisi Lohar tikintidə yatarkən onu zəhərli ilan sancıb. Bu vəziyyətdən hiddətlənən 35 yaşlı Lohar dəmir çubuqla tutduğu ilanı iki dəfə dişləyərək öldürüb.

Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.

"Mənim kəndimdə belə bir inanc var ki, ilan səni sancsa, zəhəri zərərsizləşdirmək üçün onu iki dəfə dişləməlisən", - deyə Lohar bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Oxşar yazılar