Çörəyi niyə   dondurmalısınız? - Mütəxəssisdən İZAH
04 fevral 2025 09:35 (UTC +04:00)

Çörəyi niyə dondurmalısınız? - Mütəxəssisdən İZAH

Bəzən evdar qadınlar çörəyi dondurucuya qoyurlar. Bu, korlanmasının qarşısını almaq üçün edilir. Ancaq bu vərdiş həm də çörəyi daha sağlam edir.

Lent.az-ın məlumatına görə, bunu qidalanma və qastroenterologiya üzrə ekspert Karen Alarkon bildirib.

Onun sözlərinə görə, çörəyin dondurulması onu xeyli faydalı edir. Xüsusilə, bu zaman daha az karbohidrat ehtiva edir.

"Çörəyi dondurub yenidən qızdırmaq üçün bir dilim çıxaranda karbohidratlar probiotik lifə çevrilir. Bu, nəinki mikrobiotanıza faydalı olacaq, həm də qanda qlükoza səviyyəsini tənzimləyəcək. Həmçinin, nişasta istilik altında daha yaxşı həzm olunur”, - deyə mütəxəssis bildirib.

Bununla belə, çörək dondurulduqdan sonra daha az karbohidratlı olmasına baxmayaraq, yüksək kalorili olaraq qalır. Ona görə də buna laqeyd yanaşmaq olmaz.

Karen Alarkon dilimlənmiş çörəyi dondurmağı tövsiyə edir.

"Sadəcə dilimləri çıxarıb mikrodalğalı sobaya qoyun. Yadda saxlamaq lazımdır ki, bir dəfə qızdırılan çörəyi yenidən dondurmaq olmaz", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014

Oxşar yazılar