Badımcan ilə çox ləzzətli,  fərqli yemək   resepti – Lent.az-ın MƏTBƏXİ 
06 iyun 2022 18:33 (UTC +04:00)

Badımcan ilə çox ləzzətli, fərqli yemək resepti – Lent.az-ın MƏTBƏXİ 

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. 

Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən badımcandan hazırlanan çox ləzzətli və fərqli yemək reseptini sizinlə bölüşürük. 

Lazım olan ərzaqlar:

2 ədəd badımcan

2 ədəd pomidor

1 ədəd yaşıl bibər

2-3 yemək qaşığı qarğıdalı

100 qram mozzarella pendiri

4 yemək qaşığı duru yağ

Zövqə görə

Duz, istiot, sarımsaq, paprika 

Yağ, ədviyyatlar və sarımsaq qarışdırılır. Badımcan diliminin hər iki tərəfinə çəkilir. Əvvəlcədən 200 dərəcədə qızdırılmış sobada qızardılır. Üzərinə pendir və tərəvəzlər əlavə edilir. 200 dərəcədə pendir əriyənədək bişirilir. 

Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz. 

Nuş olsun! 
 

# 2844
avatar

Sevinc Fərid

Oxşar yazılar