Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin dadlı təamlarından biri olan göy qutabının hazırlanma qaydasını sizinlə bölüşürük.
Başqa adla desək göy kətəsi xəmirdən hazırlanan geniş yayılmış yemək növlərindən biridir. Bu yemək növü içliyin yuxa kimi yayılmış xəmirin içərisinə qoyulub yarımdairə şəklində bükülərək, sac, mis məcməyi və ya tavada hər iki üzü qızardılmaqla hazırlanır. Bu yemək əsasən qatıq və ya sumaxla yeyilir.
Stəkan ölçüsü 200 ml.
Lazım olan ərzaqlar:
2 stəkan ilıq su
1 yemək qaşığı duz
5 dolu stəkan un
2 yemək qaşığı duru yağ
2 dəstə ispanaq
1 dəstə turşəng
1 dəstə keşniş
1 dəstə şüyüd
1 dəstə cəfəri
1 dəstə göy soğan
2 ədəd soğan
Zövqə görə
Duz, istiot.