Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən arıqlamaq istəyənlər üçün asan salat reseptini sizinlə bölüşürük.
5 dəqiqəyə hazırlana bilən bu qatıq salatı həm dadlı, həm də faydalıdır. Xüsusilə, çəkisinə diqqət edənlər bu resepti mütləq menyularına əlavə etməlidirlər.
Lazım olan ərzaqlar:
2 ədəd xiyar
1 dəstə şüyüd
400 qram süzmə qatıq
1/3 çay qaşığı qara istiot
2-3 yemək qaşığı zeytun yağı
1/4 limon şirəsi
Duz
Hazırlanma qaydasını videodan izləyə bilərsiniz.
Nuş olsun!