Xan Şuşinski Fondu ilk layihəsinə başladı
19 dekabr 2012 12:02 (UTC +04:00)

Xan Şuşinski Fondu ilk layihəsinə başladı

Xan Şuşinski Fondu ilk layihəsinə başlayıb. Fondun prezidenti, ustadın qızı Bəyimxanım Verdiyeva Lent.az-a açıqlamasında bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “Azərbaycan musiqisinin dünəni, bu günü və sabahı” adlı diskussiya keçirilib. İctimai Televiziyada aparılan diskussiyada ölkənin tanınmış sənətkarları fikir səsləndiriblər. Xalq artistləri Arif Babayev, Əlibababa Məmmədov, Mənsum İbrahimov, Samir Cəfərov və digərləri Azərbaycan musiqisinin tarixi inkişafından söhbət açıblar. Fondun prezidenti bildirib ki, qarşıda daha bir neçə layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

Bəyimxanım Verdiyeva deyib ki, yaxın günlərdə Xan Şuşinskinin saytı yaradılacaq: “Rabitə və informasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Xan Şuşinski adına sayt yaradılacaq. Sayt Azərbaycan dili ilə yanaşı, bir neçə xarici dildə də fəaliyyət göstərəcək. Məqsədimiz Qarabağın əsasını qoymuş Cavanşirlər sülaləsindən olan, böyük ustadların ona verdikləri Xan adını öz şəxsiyyəti, sənəti ilə daim yaşadaraq, zəngin yaradıcılığı ilə Azərbaycan musiqisinə misilsiz xidmətlər göstərən Xan Şuşinskini gələcək nəsillərə tanıtmaqdır. Fonda yığılan vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək, istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafına yardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairə layihələrə sərf ediləcək”.

 

Qeyd edək ki, fondun təsisçiləri  təsisçiləri Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri Fikrət Verdiyev və Milli Konservatoriyanın, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pedaqoqu Məryəmxanım Hüseynovadır. Fondun açılış mərasimi gələn ilin martında Xan Şuşinskinin anım günü ərəfəsində olacaq. 

# 1815

Oxşar yazılar