Türkiyənin məşhur qrupu Nar bayramına gəlir
30 oktyabr 2013 13:39 (UTC +04:00)

Türkiyənin məşhur qrupu Nar bayramına gəlir

Göyçayda Nar bayramı münasibəti ilə konsert keçiriləcək. Lent.az-ın məlumatına görə,  noyabrın 2-də Heydər Əliyev Mərkəzinin qarşısında  baş tutacaq konserti Şəhər İcra Hakimiyyəti təşkil edəcək. Tədbirdə Türkiyənin məşhur “Ayna” qrupu və xalq artistləri Zülfiyyə Xanbabayeva, Mənsum İbrahimov və digər tanınmışların çıxışı gözlənilir.

Xatırladaq ki, Nar bayramına dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları, media qurumların nümayəndələri qatılacaqlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar