Opera və Balet Teatrının simfonik orkestri Almaniyaya gedəcək. Teatrının mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, orkestri ora “Qut-İmmlinq Opera sənəti” festivalının baş direktoru Lüdviq Bauman dəvət edib. Teatrı Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirəcək.
Orkestrin 60 nəfərlik heyəti avqustun 11-də festivalın Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları - Ü. Hacıbəyli, Q. Qarayev və F. Əmirovun əsərləri də səsləndiriləcək.
Final konsertində orkestri teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərov və festivalın bədii rəhbəri, baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər.