Nazir: “Bizi narahat edən məsələlərlə bağlı əsərlər yazılmalıdır”
17 iyun 2014 12:22 (UTC +04:00)

Nazir: “Bizi narahat edən məsələlərlə bağlı əsərlər yazılmalıdır”

“Bəzi imzaları çıxmaq şərti ilə, Azərbaycan ədəbiyyatının nümunələri dünyaya lazımınca çatdırılmır”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Ə.Qarayev bu istiqamətdə bundan sonra da səylərin artırılacağını bildirib. Nazir Azərbaycan ədəbiyyatının inkişafı üçün dövlət səviyyəsində müxtəlif proqramların həyata keçirildiyini və ədəbi əsərlərin təbliği üçün işlərin aparılması davam edəcəyini də qeyd edib: “Hər il müxtəlif ədəbi tədbirlər keçirilir, görkəmli ədiblərin yubileylərinin keçirilməsi dövlətin daim diqqətindədir. Bu gün Azərbaycan yazıçısı cəmiyyətin ən nüfuzlu insanları sırasındadır. Yazıçılar Birliyinin qarşısında duran əsas vəzifələrdən biri bizi narahat edən məsələlərlə bağlı yeni əsərlərin yazılmasıdır”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar