Məmməd İsmayıldan AYB-nin qurultayına ETİRAZ
17 iyun 2014 17:30 (UTC +04:00)

Məmməd İsmayıldan AYB-nin qurultayına ETİRAZ

“500 manata istedadsız adamları ittifaqa üzv qəbul edirlər”

 

 

 

“Qurultayda alternativ düşüncənin sahibləri olan gənclər də iştirak etməliydilər və qurultay tərif yox, müzakirələr, ədəbi mübahisələr şəraitində keçməli idi”.

 

Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayında Türkiyədə yaşayan şair Məmməd İsmayıl deyib. Onun sözlərinə görə, qurultayın gedişində bir neçə yeni namizədlər irəli sürülməli idi: “Çıxış edənlərin məhz burda, qurultayın gedişində Anarı tərifləmələrinin əhəmiyyəti yoxdur. Bu fikirlərim başqa cür yozulmasın. Mənim Anara böyük hörmətim var. Mən onun haqqında, o da mənim haqqımda yazıb. Bilirsiniz, burda biz bir-birimizi tərifləyə bilərik, amma kənardan belə görünmürük. Bəzi yazıçılar var, iddia edirlər ki, Türkiyədə 15 kitabı çap olunub, amma şahidiyəm, onları Türkiyədə heç kim tanımır. Yaxud Yazıçılar İttifaqının 1500 üzvü var. Tatarıstanın əhalisi 4 milyondan çoxdur, amma ittifaqlarında cəmi 350 nəfər üzvü var. Mənim qulağıma çatır ki, bizim ittifaqa necə üzv olurlar. Məsələn, eşidirəm ki, 500 manata istedadsız adamları ittifaqa üzv qəbul edirlər. Tam səmimi deyirəm: Anarın bundan xəbəri yoxdur. O istedadsız adamların üzv olmağı üçün Anarın ətrafında olanlar onu inandırırlar. Yaxud təqaüdlərin ayrılmasında da aydın mənzərə yoxdur. Mən bir məsələyə də münasibət bildirmək istəyirəm. Çıxış edənlər alternativ düşüncə sahiblərini tənqid etdilər. Onlar bizim övladlarımızdır və biz onlara dəstək verməliyik”.

 

M. İsmayıl çıxış edənlərin Yazıçılar Birliyinin binasının qorunmasında Anarın xidmətləri barədə danışmalarına da münasibət bildirib: “Belə çıxır ki, Anar 80 yaşında sədrlikdən getsə, binanı bizim əlimizdən alacaqlar? Nə qədər biz bir-birimizi tərifləyəcəyiksə, o binaların içində siçanlar-siçovullar olacaqsa, inkişaf heç vaxt olmayacaq”.

 

M. İsmayılın çıxışına etiraz edən Anar bildirib ki, onun bu fikirləri uzun illər Azərbaycanda olmamaqla bağlıdır: “Məmməd, çıxış üçün sənə təşəkkür edirəm. Amma hesab edirəm ki, sən uzun illər Azərbaycanda olsaydın, nə Yazıçılar Birliyi haqqında, nə oranın işçiləri və üzvlüyə qəbul qaydaları, nə də təqaüd məsələsi haqqında bu fikirləri səsləndirməzdin”.

 

 

Ənvər Əhməd də M. İsmayılın fikirlərinə etirazını bildirib: "Hər kəs onun çıxışı haqqında fikrini bildirməlidir. 37-ci il deyil ki, kimsə qorxsun, çəkinsin. Mən 16 nəfəri üzv qəbul etdirmişəm, onların heç biri deyə bilməz ki, kimsə ittifaqda onlardan bir yumurta istəyib. Ona görə, hər kəs danışığına fikir verməlidir". Ə. Əhmədin fikirlərindən sonra M. İsmayıl yerdən etiraz edib, onun sözlərini kəsib. Anar müdaxilə edərək, M. İsmayıla səslənib ki, “biz sənə çıxış üçün şərait yaratdıq, sən də mane olma”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar