İnternetdə Dubayın məşhur Opus Office Tower göydələninin interyerinin fotoları yerləşdirilib. Lent.az büro247.az-a istinadən məlumat verir ki, çoxfunksiyalı bina keçidlə birləşən iki hissədən ibarətdir. Burada butiklər, ofislər, mənzillər və Melia Hotels International ilə əməkdaşlıqda tikilən elit otel yerləşir. Apartamentlərdə bütün mebellər memar Zaha Hadid tərəfindən hazırlanıb. Binanın içərisində 4 mərtəbəli su zanbağı formasında kafe olacaq. Məkanın açılışı 2016-cı ilə planlaşdırılıb.
Qeyd edək ki, Zaha Hadid Bakıdakı Heydər Əliyev Mərkəzinin də memarıdır.